Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək

11-02-2023, 11:10           
Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək
Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək.

Yaponiya "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlərə yardımda iştirak edəcək:

“Özünümüdafiə Qüvvələri şəxsi heyətini və təyyarəsini Türkiyəyə göndərəcək. Özünümüdafiə Qüvvələrinin əməkdaşları fevralın 6-da baş vermiş zəlzələlərdən sonra sahədə fəal olan təşkilatlarla koordinasiya aparacaq və təyyarə ilə bölgələrə tibbi ləvazimatlar daşınmasında iştirak edəcəklər”.

Qeyd edilib ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa da keçirdiyi mətbuat konfransında zəlzələ bölgəsində işləmək üçün Türkiyəyə tibbi heyətin göndərilməsinə qərar verildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru