Azərbaycanlı gənc bu addımı ilə Türkiyədə gündəm oldu - FOTO

24-02-2023, 10:54           
Azərbaycanlı gənc bu addımı ilə Türkiyədə gündəm oldu - FOTO
Musa Musazadə adlı azərbaycanlı gənc nümunəvi davranışı ilə Türkiyə mediasının diqqətini cəlb edib.
Teref.Az İHA-ya istinadən xəbər verir ki, 26 yaşlı gəncin hesabına zəlzələ ilə bağlı olaraq səhvən 10 min lirə pul köçürülüb. Belə ki, o, 2018-ci ildə Qaziantep Universitetində təhsilini başa vurduqdan sonra İstanbulda məskunlaşsa da, sənədlərdə iqamətgahını dəyişməyib. Tələbəlik illərində yaşadığı binanın bu ayın əvvəlində baş verən dəhşətli zəlzələ zamanı uçması səbəbilə onun da hadisədən zərərçəkənlərdən biri olduğu hesab edilib.
Məsələ ilə bağlı AFAD-a və yaşadığı ərazi üzə rayon qubernatorluğuna ərizə ilə müraciət edən M.Musazadə onları vəziyyətdən agah edib. Səlahiyyətlilər pulun 3 gün ərzində ondan geri alınacağını bildiriblər. Sultanbəyli rayon qubernatoru Kamal Şahin pulu geri qaytarmaq istədiyini deyən gəncə nümunəvi davranışına görə təşəkkür edib.
“Pul məndən geri alınmasa belə, çıxarıb AFAD-a bağışlayacağam. Mən bu puldan bir qəpik də xərcləyə bilmərəm. Bu pul orda yaralanan bacı-qardaşlarımızın haqqıdır. 4 il Qaziantepdə yaşamışam və oradakı insanlar mənə öz övladları kimi baxıblar”, - deyə M.Musazadə qeyd edib.

Azərbaycanlı gənc bu addımı ilə Türkiyədə gündəm oldu - FOTO













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.