Türkiyədə zəlzələnin qurbanı olan hərbçilərin sayı açıqlandı

24-02-2023, 11:24           
Türkiyədə zəlzələnin qurbanı olan hərbçilərin sayı açıqlandı
Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlər nəticəsində ən azı 100 hərbçi dağıntılar altında qalaraq ölüb.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.


“Hazırda təəssüf ki, 100 hərbçimizi itirmişik. İki hərbçini xilas etmək üçün hələ də dağıntıları təmizləyə bilmirik. Davamlı iş gedir”, - nazir cümə axşamı bildirib.

O qeyd edib ki, təbii fəlakət nəticəsində ölkənin silahlı qüvvələri sıralarından olan 66 nəfər xəsarət alıb. (Mənbə: Anadolu)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru