Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq? - FOTO

25-02-2023, 21:15           
Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq? - FOTO
Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vilayətlərdə yeni yaşayış evlərinin tikiləcəyi ərazilər müəyyən edilib.

Bu çərçivədə təyin olunmuş yerlərdə 199 min 739 yaşayış binası və 73 min 972 kənd evi tikiləcək. Bəs yeni evlər necə olacaq?

Yaşayış binaları 3-4 mərtəbədən yuxarı olmayacaq və şəhərin tələbatına uyğun olaraq inşa ediləcək.

Qırılma xətlərinə məsafəsi 500-600 metrdən çox olmayacaq. Həmin məsafədə təhlükəsiz və möhkəm torpaq qatının olduğu ərazilərdə tikinti aparılacaq.

Binaların altında heç bir mağaza olmayacaq.

Kənd evləri də yerli arxitekturaya və tələbatlara uyğun şəkildə tikiləcək.





Mənbə: TRT Haber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.