Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı - VİDEO/FOTOLAR

26-02-2023, 00:15           
Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı - VİDEO/FOTOLAR
Türkiyənin Konya vilayətində Seyithacı yaylasında təxminən 1400 kvadratmetr sahədə çuxur yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Konya Texniki Universitetindən professor Dr.Fətullah Arık bildirib.

Onun sözlərinə görə, 37 metr diametr, 12 metr dərinlikdə çala iki qırılma xəttinin arasında yerləşib.

Alim, həmçinin bildirib ki, ərazidə çuxurların yaranması nadir hadisə deyil, bu ərazinin cənubunda yerləşən Ekmekçi yaylasında indiyə kimi 100 çuxur yaranıb.

“Karapınarda dünən yeni çuxur əmələ gəlib. Lakin bu, ilin əvvəlindən bəri bu rayonda vətəndaşlar tərəfindən bildirilən ilk çuxurdur. Biz onu yoxlamaq üçün həmin əraziyə yollandıq. Ancaq çalaları zəlzələlərlə əlaqələndirə bilmədik, çünki təbii fəlakətdən təxminən 20 gün sonra yaranıb. Deməli, bu çuxurun nə əvvəlki böyük zəlzələlərə, nə də indiki zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, biz bunu müəyyənləşdirə bilmədik”, – deyə elm adamı bildirib.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru