Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min nəfəri keçib

19-03-2023, 00:01           
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min nəfəri keçib
Fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb, onlardan 6,8 min nəfəri əcnəbilərdir.

Gununsesi.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay deyib.

“Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 589 nəfər ölüb ki, onlardan 6 807 nəfəri xarici vətəndaşlardır”, – o deyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru