Alimlər: “Türkiyədə 6,8 bal maqnitudada yeni zəlzələ olacaq”

24-04-2023, 08:05           
Alimlər: “Türkiyədə 6,8 bal maqnitudada yeni zəlzələ olacaq”
Fevralın 6-da Türkiyədə baş verən zəlzələləri tədqiq edən ABŞ-ın Cənubi Kaliforniya
Universitetinin alimləri bildiriblər ki, təkanlara səbəb olan qırılma xəttində sıxılma olub və bu,
növbəti zəlzələyə səbəb ola bilər.
Bu barədə “Haber Global” xəbər verir.
Alimlər uzaqdan zondlama metodundan istifadə edərək yeraltı təkanları araşdırıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, zəlzələlərə səbəb olan qırılma xəttinin bir hissəsi sıxılıb.
Alimlər bunun 6,8 maqnitudada zəlzələyə səbəb ola biləcəyini bildiriblər.
“Biz zəlzələnin vaxtını bilmirik, lakin bunun harada ola biləcəyini bilirik”, – geofizik Silvain Barbot
deyib: “Zənnimcə, növbəti zəlzələ daha çox sarsıntı yarada bilər, lakin əlavə araşdırma olmadan
bu barədə dəqiq bilməyəcəyik”.
“Elə ərazi var ki, orada 6,8 maqnitudada zəlzələ proqnozlaşdıra bilərik. Əhali və alimlər buna
hazır olmalıdır”, – Barbot əlavə edib.
Qeyd edək fevralın 6-da Kahramanmaraş və Hatayda baş verən və 50 700-dən çox insanın
ölümünə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru