Ərdoğan səs faizini artırdı - Son sorğu

24-04-2023, 16:57           
Ərdoğan səs faizini artırdı -
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı son sorğuların nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, “Areda Survey”in 19-22 apreldə 17,4 min respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 51,4% səslə qalib gələcək.

“Millət ittifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu isə respondentlərin 41,8% dəstəkləyib.

İkinci tur olacağı təqdirdə, respondentlərin 53,5%-i Ərdoğana, 46,6%-i Kılıçdaroğluna səs verəcəyini bildirib.

ORC-nin eyni tarixdə keçirdiyi sorğuda isə ikinci turun qaçılmaz olduğu bildirilib. Belə ki, sayı açıqlanmayan sorğu iştirakçılarının 49,3%-i Kılıçdaroğlunu, 42,4%-i Ərdoğanı, 6,1%-i Məhərrəm İncəni, 2,2%-i isə Sinan Oğanı dəstəkləyib.

ORC ikinci turla bağlı nəticələri açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru