İncədən CHP-yə sərt mesaj: “Sonuncu dəfə xəbərdarlıq edirəm...”

25-04-2023, 11:53           
İncədən CHP-yə sərt mesaj: “Sonuncu dəfə xəbərdarlıq edirəm...”
Türkiyədə Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, sosial mediada trol hücumlarına məruz qaldığını deyən siyasətçi müxalifətin Millət İttifaqı və CHP-ni hədəfə alıb.

İncə müxtəlif adlar altında hücuma məruz qaldığını bildirib:

“Bu, iki turlu seçkidir. Kimlər ikinci tura qalsa, bir-birimizin seçicilərinin səslərinə can atacağıq. Dedim ki, bizi incitmə, biz də səni incitməyəcəyik. Dedim ki, trollarınızı susdurun, böhtanlarınıza cavab verməkdən bezmişik. Səsimizi heç kim eşitmir.

Hər gün yeni böhtanla, yeni trol hücumu ilə qarşılaşırıq. FETÖ və PKK-nın nə qədər sosial media trolları varsa, bizə hücum edir, böhtan atırlar. CHP bələdiyyələrindən, partiya qərargahından qidalanan trollar, bəslədikləri jurnalistlər FETÖ və PKK hesabları ilə birlikdə bizə böhtan atmaq yarışına girdilər.

Sonuncu dəfə Millət İttifaqının üzvlərinə səslənirəm. Ya bu rəzillərin qarşısını alacaqsınız, ya da iş-gücümü bir kənara qoyub, bir-bir maskalarınızı çıxaracam. Bundan sonra “niyə müxalifətə qarşı müxalifətçilik edirsən” deyib ağlamayın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.