Seçki sandıqlarının 99%-i açıldı - Ərdoğan liderdir (CANLI/YENİLƏNİR)
28-05-2023, 23:21
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,02 faizi açılıb.
Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.08%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.92%-nin səsini qazanıb.
Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.172.020-dir.