Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”

4-06-2023, 11:18           
Aleyna Tilkidən NASA-ya qəribə çağırış:
Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.

Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib.

“Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır”, - deyə müğənni “Twitter” hesabında qeyd edib.

“NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri”, - deyə Aleyna Tilki əlavə edib.
Xatırladaq ki, NASA bu günlərdə tarixində ilk dəfə UNO-larla bağlı ictimaiyyətə açıq mətbuat konfransı keçirib. Konfransda indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox, ayda isə 50-dən 100-ə qədər məlumat daxil olduğu bildirilib. Lakin NASA-nın yadplanetlilərin varlığının təsdiqinə dair araşdırmaları davam etdirdiyi vurğulanıb.

Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru