Gülənçilərə qarşı əməliyyat - Admiral və mayorlar saxlanıldı

9-07-2016, 15:40           

Türkiyədə Fetullah Gülənin terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatda yeni saxlanılanlar var.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğunun “hərbi cəsusluq” cinayət işi ilə bağlı apardığı istintaq nəticəsində 10 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Dəniz Qüvvələri Komandanlığında vəzifə daşıyan admiral və mayorların da olduğu bildirilir. Məlumata görə, barələrində saxlanma qərarı verilən 6 hərbçidən mayor A.Ö İstanbulda saxlanılaraq İzmirə aparılıb və məhkəməyə çıxarılıb.

2 admiral və 3 mayor isə arayış təqdim etdiklərinə görə barələrindəki saxlanma qərarı həyata keçirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru