Suriyalı qaçqınlar Türkiyədə itə görə adam öldürdü

10-07-2016, 15:49           
Suriyalı qaçqınlar Türkiyədə itə görə adam öldürdü
Türkiyənin Konya şəhərinin Bəyşəhər mahalında yerli vətəndaşlarla suriyalı miqrantlar arasında baş verən kütləvi davada 2 nəfər həlak olub, 3-ü isə yaralanıb.

Axar.az xəbər verir ki, küçədə iti təpikləyən 4 suriyalıya “Nə üçün itə təpik vurursunuz?” deyərək 18 yaşlı Məhməd Bayraqdar adlı şəxs irad tutub.

Bundan sonra onların arasında yaşanan mübahisə zamanı Bayraqdar bıçaqlanaraq öldürülüb.

Bayraqdarın öldürülməsi xəbərini eşidən yerli vətəndaşlar suriyalılara hücum edərək İbrahim adlı şəxsə bıçaqla xəsarət yetirərək öldürüb, 3-nü isə yaralayıblar.

Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyi bildirilib.

Məsələdən xəbər tutan M.Bayraqdarın yaxınları xəstəxanaya girib yaralı suriyalılara hücum etmək istəyiblər. Həmin kütlənin qarşısını isə yerli polis bibər qazı istifadə edərək alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru