Rus vaiz qazaxları ikiüzlü, Qazaxıstanı isə “kafirlər ölkəsi” adlandırıb

28-09-2023, 16:47           
Rus vaiz qazaxları ikiüzlü, Qazaxıstanı isə “kafirlər ölkəsi” adlandırıb
Əbdülməlik Ustaz adlı rus din xadimi qazaxları kafir (dindar olmayan) adlandırıb.

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə onun qazax dombrasını haram adlandırdığı video yayılıb. Bundan sonra qazaxıstanlılar onun sosial şəbəkələrdəki səhifəsindən şikayət ediblər və onun hesabına qadağa qoyulub.

Daha sonra Ə.Ustaz canlı yayımda bütün qazaxları kafir və münafiq adlandırıb, ölkədə şəriət qanunlarını qadağan etməkdə ittiham edib.

“Bu qazaxlar kafirdir, onlara İslamdan danışmağa başlayanda səhifəmizə informasiya qadağası qoyublar. Bunu necə bağışlamaq olar? Kafirlər ölkəsi. Bu, indi getmək istədiyim son ölkədir. Hətta mən İsrailə Qazaxıstandan çox hörmət edirəm. Mənim nəzərimdə İsrail İslama qarşı Qazaxıstandan da az zalimdir”.

Qazaxıstanlılar onun canlı yayımını lentə alaraq sosial şəbəkələrdə yerləşdiriblər.

Əlavə edək ki, Əbdülməlik Ustaz sosial şəbəkələrində özünü İslam hüququ üzrə mütəxəssis adlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru