Yağışı çəkmək istəyən türkiyəli gənc nadir görüntünün şahidi oldu - VİDEO

1-10-2023, 10:34           
Yağışı çəkmək istəyən türkiyəli gənc nadir görüntünün şahidi oldu - VİDEO
Türkiyədə yolda hərəkət edən nəqliyyat vasitələrinin yanında ildırımın çaxma anı kameralara düşüb. Kadrları Kastamonuda magistral yolla hərəkət edən avtobusun sərnişini çəkib. O, əslində, yağan güclü yağışı qeydə almaq istəyib. Ancaq bu an avtobusun cəmi bir neçə metrliyinə ildırım düşüb.

Görüntülər sosial şəbəkədə böyük müzakirələrə səbəb olub. Bir çoxlarının fikrincə, sərnişinlər böyük bir faciədən xilas olublar, çünki ildırım bir az yaxında olsaydı, qəza baş verə bilərdi.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru