Nihal Atsızın böyük oğlu Yağmur Atsız vəfat etdi...

29-10-2023, 22:35           
Nihal Atsızın böyük oğlu Yağmur Atsız vəfat etdi...
Rəhmətlik Hüseyn Nihal Atsızın böyük oğlu Yağmur Atsız bu sabah 5.30 Almanya'da hayatını kaybetti. Bu acı xəbəri qardaşı Buğra Atsız verib.
Yağmur Atsız 4 noyabr 1939-cu ildə İstanbulda anadan olub. O, Nihal Atsızın oğlu və türkoloq Buğra Atsızın böyük qardaşıdır.

Yağmur Atsız Haydarpaşa Liseyini bitirdikdən sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra Almaniyanın Bonn Universitetində təhsil almağa başlayan Atsız 1967-ci ildə oranı bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat və Nəşrlər Baş İdarəsində çalışıb.

1971-ci ildə Almaniyaya qayıdan Yağmur Atsız televiziya və radioda prodüser və şərhçi, daha sonra 1977-ci ildən başlayaraq 2 il Bonn səfirliyində mətbuat müşaviri vəzifəsində çalışıb. "Pazar Postası", "Nokta", "Milliyet", "Yeni Yüzyıl", "Star", "Tərcüman", "Türk Edebiyatı" və "Maya" kimi qəzet və jurnallarda məqalələr yazan Yağmur Atsız "Star" qəzetinin Ethem Sancaka keçiməsindən sonra edilən tənqidlərdən görə 31 dekabr 2014-cü ildə işinə xitam verilib. 10 may 2016-cı ildə “Kar” qəzetində yenidən köşə yazıları yazmağa başlayan Atsız həmin ilin sentyabrında yazılarını bitirib.
Ruhu şad olsun!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.