Türkiyə İsraillə “qırılma nöqtəsinə” gəlmək istəmir

30-10-2023, 12:41           
Türkiyə İsraillə “qırılma nöqtəsinə” gəlmək istəmir
Türkiyə İsraillə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatmaq niyyətində deyil. Ancaq Qəzza zolağında vəhşilik yüksək həddədir.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbə bildirib.

Mənbə xatırladıb ki, Türkiyə və İsrail arasında münasibətlər son vaxtlar normallaşma yolu keçib və bu istiqamətdə bir sıra addımlar atılıb:

“Enerji sahəsində birgə layihələr, həmçinin, cənab Prezidentin İsrailə səfəri üçün hazırlıq gedirdi. Bilirsiz ki, Türkiyə tərəfinin münasibətlərdə dönüşü olmayan nöqtəyə çatmaq niyyəti yoxdur. Amma Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”.

Qeyd edək ki, İsrail 19 oktyabrdan artıq bütün diplomatlarını Türkiyədən çıxarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.