Türkiyədə yaş yarımlıq it anaları ölən pişik balalarına analıq etdi - VİDEO

31-10-2023, 13:08           
Türkiyədə yaş yarımlıq it anaları ölən pişik balalarına analıq etdi - VİDEO
Türkiyənin Antalya bölgəsinin Manavqat rayonunda yaş yarımlıq it anaları qəzada ölən 4 pişik balasına analıq edir.

Bununla bağlı görüntüləri itin sahibi İrfan Bayraktar lentə alıb.

O, itin pişik balalarını əmizdirdiyi, onlara analıq etdiyi bir dünyada müharibələri anlaya bilmədiyini ifadə edib.

“Bütün bəşəriyyətin və dünyanın bundan dərs almasını istəyirəm”, - deyə Bayraktar bildirib.
İrfan Bayraktarın itinin balalarının hamısı doğuşdan qısa müddət sonra ölüb. Onun saxladığı pişiyi də balaladıqdan sonra onu yoldan keçən avtomobil vurması nəticəsində ölüb və onun 4 balası anasız qalıb. Bu hadisələrdən sonra Bayraktar ailəsi itlərinin pişik balalarını əmizdirdiyini görəndə heyrətə gəlib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru