“Türkiyə bölgəyə 2 milyon əsgər yerləşdirə bilər“ - “Bu, qiyamət günü olacaq!“

1-11-2023, 09:54           
“Türkiyə bölgəyə 2 milyon əsgər yerləşdirə bilər“ -
Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki və hərbi analitik Duqlas Makqreqor İsrailə Türkiyə ilə bağlı xəbərdarlıq edib.

Makqreqor bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzzaya qurudan hücum edərsə, İndoneziyadan Mərakeşə qədər hamı İsrailə qarşı hərbi ittifaqda birləşəcək.

Əsas narahatlığının Türkiyə olduğunu vurğulayan analitik əlavə edib: “Bu ittifaq Türkiyəni ehtiva edir ki, bu da mənim ən böyük narahatlığımdır”.

Qeyd edək ki, Makqreqor əvvəlki açıqlamasında “Dünya müharibəsinin astanasındayıq” demiş və İsrailin mümkün quru əməliyyatında arzuladığı müvəffəqiyyəti əldə etməyəcəyinə diqqət çəkmişdi: “Türkiyə bölgədə ən böyük hava və hərbi gücə malik olan ölkədir. Bir ayda bölgəyə iki milyon əsgər yerləşdirə bilərlər və türklər çox amansız döyüşçüdürlər. Bütün bu qeyd etdiyim şeylər İsrailin Qəzzaya girəcəyi təqdirdə qiyamət günü olacaq! Bunlar qalibiyyəti olmayan müharibəni təsvir edir".

(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.