Hakan Fidan ukraynalı həmkarı ilə nələri müzakirə etdi...

3-11-2023, 08:34           
Hakan Fidan ukraynalı həmkarı ilə nələri müzakirə etdi...
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bu barədə D.Kuleba sosial şəbəkə səhifəsində məlumat yayıb.

“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məslələri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik", - deyə ukraynalı nazir bildirib.

Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Barbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilir. Tədbirə potensial namizəd kimi Aİ ölkələrinin, namizəd ölkələrin, o cümlədən Ukraynanın, eləcə də Gürcüstanın Xarici İşlər nazirliklərinin rəhbərləri dəvət olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru