Kontr-admiral Soner Polat: "Türkiyədəki qiyamın arxasında Vaşinqton dayanırdı"

18-07-2016, 22:22           
Kontr-admiral Soner Polat: "Türkiyədəki qiyamın arxasında Vaşinqton dayanırdı"
Baş tutmamış qiyamdan sonra Türkiyədəki vəziyyət və hakimiyyətlə ordu arasında münasibətlərinh inkişafının mümkün variantları barədə virtualaz.org-a eksklüziv olaraq istefada olan kontr-admiral Soner Polat danışıb.

O bildirib ki, bu qiyam Türkiyənin ytarixinə qara ləkə kimi daxil olacaq. «Hesab edirəm ki, çevriliş cəhdinin arxasında xarici qüvvələr, ilk növbədə ABŞ durur. Mən keçmiş hərbçiyəm və öz həmkarlarımın yerinə utanc hissi keçirirəm. Onlar türk ordusunu rüsvay etdilər», - Polat deyib.

Qiyamın baş. Vermə səbəblərini izah edən Soner Polat bildirib: «İş burasındadır ki, avqustun əvvəlindəTürkiyənin Ali hərbi şurasının iclası keşçirilməli və bu iclasda qiyamda iştirak etmiş general və admiralların əksəriyyəti təqaüdə göndərilməli idi. Bunun qarşısını almaq üçün belə axmaq addım atdılar».

«Onlara elə gəlirdi ki, xalq dəstək verəcək, lakin əksinə oldu. Tələsik bu qiyamı başlayanlar nəzərə almadılar ki, biz ayrı zəmanədə yaşayırıq və Adnan Menderesin, Nəcməddin Ərbakanın dövrü artıq çox geridə qalıb», - kontr-admiral deyib.

Türkiyədə dünyəviliyin təhlükə altına düşmə ehtimalı barədə danışan müsahibimiz deyib: «Türkiyə dərin dünyəvi dayaqları olan ölkədir. Heç bir türk ölkəsinin iranlaşmasına razı olmaz, o cümlədən də Ərdoğanın tərəfdarları».

Qiyamda Rusiyanın rolunu şərh edən Soner Polat qeyd edib: «Bütün bu baş verənlər Ankaranın Moskva ilə münasibətləri yoluna qoymağöa başladığı vaxta təsadüf etdi. Görünür, Vaşinqtonda bizim ölkələrimizin yaxınlaşması kiminsə ürəyincə olmayıb və araya qarışıqlıq salmaq istəyib. Mənim Amerika rəhbərliyinə sualım var: nəyə görə onlar Güləni Türkiyəyə vermirlər? Daha hansı sübutlar lazımdır ki, onu qaytarsınlar?»












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.