32 ölkədən 200-dən çox jurnalist Türkiyədə toplaşdı - FOTOLAR

6-11-2023, 09:54           
32 ölkədən 200-dən çox jurnalist Türkiyədə toplaşdı - FOTOLAR
2-5 noyabr 2023-cü il tarixlərində Türkiyənin Alanya şəhərində Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteçiler Konseyi) üçüncü Qlobal Media Görüşü keçirilib.

Görüşdə 32 ölkədən 50-yə yaxın, Türkiyədən isə 200-ə yaxın jurnalist iştirak edib.

Toplantının son günündə 3-cü Qlobal Media Seminarı baş tutub. Seminardan sonra Qala Gecəsi və Qlobal Nailiyyət Mükafatlarının təqdimetmə mərasimi təşkil olunub.

Alanyada yerləşən Eftelia Marin hotelində keçirilən tədbirdə milli və beynəlxalq miqyasda bir çox önəmli mövzular gündəmə gətirilib. Görüşdə xarici jurnalistlərə ingilis və rus dillərində onlayn tərcümə imkanları təklif olunub.

Şuranın seçilmiş idarə heyəti və məclisləri tərəfindən keçirilən görüşdə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı ictimai diplomatiyaya töhfə verəcək sahələr müəyyən edilib, lazımi planlaşdırma aparılıb və 2024-cü il üçün yol xəritəsi cızılıb.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimin sədrliyi ilə keçirilən İdarə Heyəti və Sədrlər Məclisinin birgə iclasında sədr müavini Ünsal Karabulut, Yerli Media Məclisinin sədri Ümit Babacan, Xarici Ölkələrdəki Jurnalistlərlə İş Məclisinin sədri Elşad Eyvazlı, sədr müavini Bülent Aydemir, Savaş Çokduyqulu, Kahraman Halisçelik, Baş katib Lütfü Karakaş, Baş katibin müavini Benan Kepsutup, maliyyə müşavirinin müavini Yakup Aslan, İdarə Heyətinin üzvləri Nalan Yazqan, Hayati Arıqan, Ecem Toplar, Hacı Odabaş, İbrahim Aslan və digər şəxslərin iştirakı ilə Şuranın bir illik işi müzakirə edilib. İctimaiyyətin müsbət və mənfi rəyləri və şuranın gələcək layihələri müzakirə edilib və lazımi addımların atılması barədə qərar qəbul olunub.

Böyük fədakarlıqlarla əldə edilən uğurlara qısa zamanda kölgə salmaq istəyənlərə fürsət verilməməsinin lazım olduğu, haqsız ittihamlara ən yaxşı cavabın daha çox iş və fəaliyyətin görülməsi olduğu bildirilib.

Tədbirin əsas məqsədi Şuranın vasitəçiliyi ilə jurnalist təşkilatları və ayrı-ayrı jurnalistlər arasında əlaqələri inkişaf etdirmək, jurnalist birliyinin möhkəmlənməsinə, bu yolla onların həm ölkələri daxilində, həm də başqa ölkələrdə, eləcə də savaş bölgələrində hüquqlarının müdafiəsinə töhfə verməkdir.

Təşkilatın Xarici Ölkələrdəki Jurnalistlərlə İş Məclisinin sədri, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elşad Eyvazlının moderatorluğu ilə keçən toplantıda "Müasir dövrdə jurnalistikanın problemləri ", "Müharibə bölgələrində jurnalistlərin fəaliyyəti", "Jurnalistlərin təhlükəsizliyi" və s. məsələlər diqqət mərkəzində olub.

Elşad Eyvazlı müasir dövrdə jurnalistlərin fəaliyyətindəki problemlər və onların həlli yolları barədə ətraflı məlumat verib.

Sonra Azərbaycan Mətbuatı Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva müasir dövrdə jurnalistlərin fəaliyyət istiqamətləri, onlara göstərilən diqqət və qayğı, eyni zamanda, jurnalistlərin qarşılaşdıqları problemlər, jurnalistlərin hər bir ölkənin siyasi, iqtisadi və sosial mühitinə təsiri barədə çıxış edib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.