İstanbulda su qıtlığı yaşanır

6-11-2023, 10:04           
İstanbulda su qıtlığı yaşanır
Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.

Yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.

Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.