Özbəkistan, İran və Türkiyədən keçəcək yeni nəqliyyat dəhlizi yaradılır

7-11-2023, 09:34           
Özbəkistan, İran və Türkiyədən keçəcək yeni nəqliyyat dəhlizi yaradılır
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin bu yaxınlarda keçirilən iclasında imzalanmış protokol “Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropa arasında beynəlxalq multimodal dəhlizin formalaşdırılmasına həsr olunub.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xüsusilə, sənəddə Asiya-Sakit okean regionu ölkələrindən Özbəkistan, Türkmənistan, İran, Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ölkələrinə yükdaşımaların təşkili, rəqabətli tarif dərəcələrinin tətbiqi, dəmir yolları ilə yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması, eləcə də marşrut üzrə yükdaşımaların təşkili zamanı normativ və texniki standartların unifikasiyası üzrə tədbirlərin birgə işlənib hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, İƏT ölkələrinin nəqliyyat nazirlərinin iclasında Səmərqənd aeroportuna İƏT ölkələrinin aviasiya qovşağı statusu verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru