Türkiyə 60 gün müddətində Gülənin həbsini tələb edib

19-07-2016, 23:51           
Türkiyə 60 gün müddətində Gülənin həbsini tələb edib
Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasınadək müvəqqəti olaraq 60 gün müddətinə həbsini tələb edib.

Türkiyə KİV xəbər verir ki, rəsmi Ankara iki ölkə arasındakı anlaşma əsasında Vaşinqtona iki cinayət işinin materiallarını göndərib.

Məlumata görə, Türkiyə ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamentinə 2 müxtəlif müraciət göndərib. ABŞ Dövlət Departamentindən Fətullah Gülənin ekstradisiyasının Türkiyəyə bildirilməsi, ABŞ Ədliyyə Nazirliyindən isə həbsi istənilib. F.Gülən silahlı terror təşkilatı yaratmaq və idarə etməkdə təqsirləndirilir. Məktublarda Bursa məhkəməsinin qiyabi həbs tələbi və detalları, həmçinin İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli həbs qərarı öz əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru