Azərbaycanlı Qardaşov Türkiyənin məşhur serialında - VİDEO

7-12-2023, 11:04           
Azərbaycanlı Qardaşov Türkiyənin məşhur serialında - VİDEO
Türkiyəli məşhur aktyor Ozan Akbaba “Ben Bu Cihana Sığmazam” serialında azərbaycanlı iş adamı rolunu canlandırıb.

Belə ki, aktyor serialın ötən axşam yayımlanan 48-ci bölümündə tanınmış iş adamı Əmir Qardaşov kimi təqdim edilib.

Belə ki, serialda onun haqqında “məşhur iş adamıdır, Azərbaycan neftini bütün dünyaya daşıyır, Türkiyədə də çox böyük yatırımları var” ifadəsi işlədilib.

Serialda Müfit və Atakan obrazları arasında olan dialoqda deyilir: “O və Cəzayir (Oktay Kaynarcanın serialda oynadığı əsas qəhraman obrazı) Vətən müharibəsində Türkiyədən silah göndərilməsində önəmli rol oynayıblar. Zənnimcə, onlar həmin vaxt tanış olublar”.

Bununla yanaşı serialda Əmir Qardaşovun hərbi məktəbi bitirdiyi və 2008-ci ildə Qaradağ, Ağdərə döyüşlərində yaralandığı, 2012-ci ildə atasının vəfatından sonra isə “Qardaşovlar” şirkətinə rəhbərlik etməyə başladığı vurğulanıb. Onun Rəşad Qardaşov adlı qardaşının isə ABŞ vətəndaşı olduğu bildirilir. Əmir Qardaşovun gəmilərinin dünyanın hər yerinə neft daşıdığı da xüsusi qeyd edilir.

Daha ətraflı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.