İstanbulda prezident oğlunun kuryeri vurduğu qəza barəsində hesabat açıqlanıb

8-12-2023, 10:02           
İstanbulda prezident oğlunun kuryeri vurduğu qəza barəsində hesabat açıqlanıb
Hurriyyet.az Türkiyənin “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Somali Prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud diplomatik missiyaya məxsus avtomobillə 30 noyabr tarixində İstanbul şəhərində qəza törədib, motosikletçini vurub. Avtomobil qəzası nəticəsində yaralanan Türkiyə vətəndaşı, kuryer işləyən 38 yaşlı, 2 uşaq atası (uşaqlardan biri xəstədir) Yunus Emre Göçer hadisədən 6 gün sonra reanimasiyada vəfat edib.

Mətbuatın yazdığına görə, Somali Prezidenti Həsən Şeyx Mahmudun oğlu səfirliyin əməkdaşı olmadığından diplomatik avtomobilin sükanı arxasında oturmaq hüququna malik olmayıb.

Dekabrın 7-də açıqlanan ekspert hesabatında həlak olan motosiklet sürücüsünün qaydanı pozmadığı, əksinə şübhəli Məhəmməd Həsənin qayda pozuntusu etdiyi bəyan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru