Hakan Fidan Blinken ilə Qəzzaya yardımı müzakirə edib

10-12-2023, 07:15           
Hakan Fidan Blinken ilə Qəzzaya yardımı müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller adından yayımlanan yazılı açıqlamada deyilir.

ABŞ və Türkiyənin xarici siyasət rəhbərləri Yaxın Şərq regionunun digər bölgələrində Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması, qalan girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru