Güneyli siyasi məhbus, Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başlayacaq - FOTO

10-12-2023, 11:09           
Güneyli siyasi məhbus, Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başlayacaq - FOTO
İran paytaxtının “Evin” həbsxanasında saxlanılan güneyli siyasi məhbus Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayacaq.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, dekabrın 10-da Norveçin paytaxtı Osloda Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək. Mükafatlandırma mərasiminə qatılan bilməyən hüququ müdafiəçisi Beynəlxalq İnsan Haqları Günü ilə eyni vaxtda İranda insan haqlarının kobud və geniş şəkildə pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını açıqlayıb.
Nərgiz Məhəmmədinin “Instagram” hesabında paylaşılan açıqlamada bu aksiyanın “Evin” həbsxanasında cəza çəkən bəhai inancına mənsub qadınlarla birlikdə aparılacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru