Gülərdən sərt xəbərdarlıq: “Türkiyəyə hücum olsa, bu sistemlə...”

12-12-2023, 10:14           
Gülərdən sərt xəbərdarlıq:
Böyük Britaniyanın "Eurofighter" döyüş təyyarələri Türkiyə üçün yaxşı alternativdir.

Teleqraf.com bildirir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

"Eurofighter" bizim üçün yaxşı alternativdir, ona görə də onu almaq istəyirik. NATO-nun üzvüyük, amma başqa bir NATO üzvü (Almaniya - red.) bu təyyarələri almağımıza qarşı çıxır", - nazir bildirib.

Gülər bu baxımdan Almaniyanı razı salmaq cəhdlərinə də diqqət çəkib:

"Bir müttəfiqimiz deyir ki, mən sizə təyyarə vermirəm. Onun söylədiklərinin heç bir izahı yoxdur. İnanırıq ki, digər müttəfiqlərimiz Almaniyanı müəyyən nöqtəyə gətirə bilərlər".

Müdafiə naziri Qərbin Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almasına davam edən təpkilərinə toxunub:

"S-400 müdafiə sistemidir. Kimsə bizə hücum etdi, biz də ondan istifadə etmədik? Əgər kimsə bizə hücum etməyi düşünsə, S-400 və ya digər müdafiə sistemlərinin nə edəcəyini çox yaxşı görəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.