Çavuşoğlu və Mehmet Nuri Ersoy şərəf nişanı ilə təltif ediliblər - FOTO

12-12-2023, 11:44           
Çavuşoğlu və Mehmet Nuri Ersoy şərəf nişanı ilə təltif ediliblər - FOTO
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib.

“Report”un məlumatına görə, TÜRKSOY rəhbəri, qırğız yazıçısı Sultan Raev Ankarada keçirilən tədbirdə çıxış edərək bildirib ki, türk xalqlarının mədəniyyət, incəsənət və mənəvi dəyərlərinin yaşadılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində qurumun əvəzsiz xidmətləri var.

Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına təşəkkür əlaməti olaraq medallar təsis edildiyini deyib.

Tədbirdə türkdilli xalqlar, o cümlədən Azərbaycana aid mahnı və rəqslər ifa edilib. TÜRKSOY-un yubileyində aktiv fəaliyyət göstərən siyasət, elm, mədəniyyət, qurum və təşkilatların nümayəndələrinə şərəf nişanı və mükafatlar təqdim edilib.
Şərəf nişanı alanlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Türkiyənin keçmiş xarici işlər naziri, Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlu da var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru