Hakimi vuran türkiyəli klub prezidenti açıqlama verdi - VİDEO
12-12-2023, 16:19
Türkiyə Superliqasının XV turunun "Rizəspor"la ev matçından sonra baş hakim Halil Umut Meleri vuran "Ankaragücü"nün prezidenti Faruk Koca açıqlama verib.
59 yaşlı funksioner məsələ ilə bağlı "Beyaz TV"yə danışıb.
O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: "Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram".