ABŞ-dan kritik Türkiyə açıqlaması: “Biabırçılıqdır, dərhal…”

12-12-2023, 16:19           
ABŞ-dan kritik Türkiyə açıqlaması: “Biabırçılıqdır, dərhal…”
ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO üzvlüyünün Türkiyə parlamentində və Türkiyəyə F-16 satışının ABŞ Konqresində eyni vaxtda təsdiqlənməsi istiqamətində addımlar atmaq təklifinə münasibət bildirib.

Diplomat bunun hər kəs üçün yaxşı təklif olduğunu deyib.

“Bu, ABŞ üçün yaxşıdır, Türkiyə üçün yaxşıdır, Amerika sənayesi üçün yaxşıdır, NATO-nun müdafiəsi üçün yaxşıdır, əlbəttə, İsveçin NATO-ya üzvlüyünə kömək edəcək. Bu söhbətlərin harasında olduğumuzu anlamıram, amma sürətlə irəli getməliyik”, – Cefri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın F-16 satış müqaviləsini yekunlaşdırmaq üçün hələ də addım atmaması biabırçılıqdır:

“Prezident Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb parlamentə göndərdi, Türkiyə Böyük Millət Məclisi buna baxır. Anladığım odur ki, Türkiyə Böyük Millət Məclisi ABŞ-ın F-16-larla nə edəcəyi ilə bağlı əlavə məlumat almadan davam etməyəcək, bunu anlayıram. Top ABŞ tərəfindədir, dərhal hərəkət etməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.