Məşhur aktyor bibisinin edam olunan nazirlə sevgisindən danışdı - VİDEO

13-12-2023, 00:08           
Məşhur aktyor bibisinin edam olunan nazirlə sevgisindən danışdı - VİDEO
Məşhur aktyor Ege Aydan bibisi, məşhur opera ifaçısı Ayxan Aydanın Türkiyənin keçmiş baş naziri Adnan Mendereslə eşq yaşadığını etiraf edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor ötən gün "Haberler.com"un yutub kanalının qonağı olub. Aktyorun sözlərinə görə, ailəsində bu barədə danışmaq qadağan edilib.

"Evdəki piano Adnan Menderesin bibimə hədiyyəsi idi. Anam dərs verdiyi üçün piano ona qaldı. İndi isə mənim evimdədir. Miras olaraq qaldı. Uşaq ikən bibimin bir-birinə bağlı 3 mənzili var idi. Küçəyə baxan tərəfdə bibimin şəxsi həyatını yaşadığı və bizimlə görüşdüyü mənzil yerləşirdi. Hərdən bir qapıdan digər mənzilə keçirdim və o, saray kimi olurdu. Mən orada çox təsirlənərdim. Bibim o evdə Adnan Mendereslə görüşürdü. Çünki evli deyildilər və özünə belə bir həyat tərzi qurmuşdu. Bibimlə Adnan Menderesi bir yerdə görməmişəm, amma onun fotosu var idi. Həmişə bu adamın kim olduğunu düşünürdüm. Bunları danışmaq, soruşmaq qadağan idi. Bibim öləndə mənim 40 yaşım var idi və biz onun Adnan Mendereslə münasibəti haqda heç vaxt danışmadıq", - Ege Aydan bildirib.

Aktyorun sözlərinə görə, Adnan Menderesin ölümündən sonra bibisi özünə qapanıb:

"Ailəm Yassı Adasına aparıldı və orada sorğu-suala çəkildi. Bibim nələr yaşamışdı ki, özünə qapandı... Özünü təcrid etmişdi və uzun müddət tək yaşadı. O, çox sevdiyi iki opera müğənnisi ilə birgə yaşayırdı. İllər sonra bibimin başqa münasibəti oldu və biz onu öz qohumumuz hesab edirdik. Ondan sonra o məsələlər heç müzakirə olunmadı. Bibimlə yanaşı, anam və atam da Adnan Mendereslə bağlı sorğu-suala çəkilib. Ailəm bizə niyə çağırıldıqlarını demədi. Atamın silahı var idi, onu müsadirə etmişdilər".

Qeyd edək ki, 63 il əvvəl sentyabrın 17-si Türkiyə demokratiya tarixinə qara ləkə hesab olunur. Türkiyədə 1960-cı ilin 27 mayında hərbçilərin həyata keçirdiyi dövlət çevrilişindən bir müddət sonra - 1961-ci ilin 17 sentyabrında baş nazir Adnan Menderes edam olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.