"Mən türkcə, həyat yoldaşım ərəbcə danışdığımızdan biz ayrılmalı olduq..."

14-12-2023, 13:26           
"Mən türkcə, həyat yoldaşım ərəbcə danışdığımızdan biz ayrılmalı olduq..."
"Boyunun hündür olması səbəbindən Sultan üçün uyğun geyim tapmaq çətindir, ona uzunluğu 153 sm olan şalvar və qolları 93 sm olan üst geyimi lazımdır..."

Planetin ən hündür kişisinin 41yaşı tamam olub

Sultan Kesen 10 dekabr

1982-ci ildə Türkiyənin Mardin şəhəyində anadan olub. Bu günlər o, 41 yaşını qeyd edib.

Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.

2009-cu ildə Sultan Kesen Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 251 sm təşkil edir ki, bu da orta statistik adamdan təxminən 70 sm hündürdür.

Rekordsmenin boyunun hündür olması qiqantizm (nəhənglik) və akromeqaliya ilə bağlıdır. Onlar hipofiz daxili sekresiya vəzinə təsir edən şişlə əlaqədardır.

Hərəkət etmək üçün Kesen qoltuqağacından istifadə edir. Boyunun hündür olması səbəbindən Sultan təhsil ala bilməyib və natamam iş günü olmaqla fermer işləyib.

Onun ayaqlarının uzunluğu 126 sm, əllərinin uzunluğu 97 sm, ovcu 28, 5 sm, sol ayağı 36, 5 sm, sağ ayağı 35, 5 sm təşkil edir.

2010-cu ildən Kesen Virciniya Universitetinin Tibb İnstitutunda radioloji müalicə alıb və boy artımı hormonunun yüksək miqdarına nəzarət üçün dərmanlar qəbul edib. 2012-ci ilin mart ayında müalicə müsbət nəticə verib və kişinin boy artımı dayanıb.

2012-ci ilin oktyabrında Sultan evlənib. Onun həyat yoldaşı özündən 10 yaş balaca olan Merve Dibo olub.

Sultan danışıb ki, nikahda ən böyük problem dil məsələsi olub, çünki o, türkcə, həyat yoldaşı isə ərəbcə danışıb.

2021-ci ildə bu səbəbdən onlar boşanıb. Kesen öz sevgisinə rast gələcəyinə hələ də ümid edir. Hazırda Sultan valideynləri ilə yaşayır, onların boyu normaldır.

Boyunun böyük olmasından Sultan bağda hündür ağaclarla işləmək, lampaları dəyişdirmək və təsərrüfatla bağlı digər işləri görmək imkanına malikdir.

Çətinliklər isə onun boyuna uyğun geyim axtarışıdır. Ona uzunluğu 153 sm olan şalvar və qolları 93 sm olan üst geyimi lazımdır.

Bundam başqa, 62 sm ölçüdə ayaqqabı lazımdır, belə ayaqqabı ilə o, çox vaxt avtomobilə sığışmır.

Maraqlıdır ki, dünyanın ən hündür qadını da Türkiyə sakini Rumeysa Helgidir. Onun boyu 215, 16 sm təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.