"Azərbaycan" adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı surətdə sübut edən dəlillər

14-12-2023, 18:44           
"Azərbaycan" adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı surətdə sübut edən dəlillər
Şərur qələbəsindən sonra - 1501-ci ildə İsmayıl Təbrizdə hakimiyyətə keçdi və Azərbaycan Səfəvi dövləti rəsmən yarandı. Dövrün mötəbər mənbələrinin bu barədə verdiyi məlumatlar "Azərbaycan" adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı surətdə sübut edir.
Səfəvi tarixçisi Yəhya ibn Əbdüllətif Hüseyni Qəzvini 1542-ci ildə yazdığı "Lübbət- təvarix"də İsmayılın Şərur qələbəsindən sonra darossəltənə-ye Təbrizə gəlib "sərir-e səltənət-e Azərbaycan" - Azərbaycan şahlıq taxtında oturub onları şahlığı ilə bəzədiyi yazılmışdır.
Digər Səfəvi saray tarixçisi Məhəmməd Yusif Qəzvini «Xulde-barin» («Əbədi cənnət») əsərində yazır ki, Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (taxte saltanete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər tamam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi.
\Zabil Bayramovun, "Səfəvi dövlətinin etnik mənsubiyyətinə dair" məqaləsindən
Milli Kimlik
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru