Bayden Ərdoğanla danışdı: Problemlər müzakirə edildi

15-12-2023, 10:33           
Bayden Ərdoğanla danışdı: Problemlər müzakirə edildi
ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Cebhe.info xəbər verir ki, bununla bağlı Türkiyə mediasında məlumat yayılıb.

İki lider arasında Qəzzadakı vəziyyəti müzakirə ediblər. Məlumata görə, Türkiyə Prezidenti ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırmasının vacibliyini və bunun atəşkəsə əsas ola biləcəyini bildirib.

Bundan başqa Türkiyə-ABŞ münasibətlərinin perspektivləri, ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı müzakirə aparılıb.

Uzun müddər müzakirə predmetinə çevrilən "F-16"-larla bağlı məsələ də prezidentlərin telefon danışığı zamanı müzakirə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.