13 yaşlı uşaq dostunu bıçaqlayaraq öldürdü! Qətlin səbəbi…

15-12-2023, 12:54           
13 yaşlı uşaq dostunu bıçaqlayaraq öldürdü! Qətlin səbəbi…
Kayseridə T.Ş (13) dostu Hürkan Səməd Durmazı (13) bıçaqlayaraq öldürdü.

T.S polis bölməsindəki ifadəsində hadisənin “kəpənək” adlandırılan bıçağın satışı ilə bağlı mübahisə zəminində baş verdiyini bildirib.

Bildirilir ki, dəhşətli hadisə 2 gün əvvəl 6 mərtəbəli tikintinin sonuncu mərtəbəsində baş verib. Orta Məktəbin 8-ci sinif şagirdi Hürkan Səməd Durmaz və dostu T.Ş. arasında mübahisə başlayıb.
Bu vaxt T.Ş Durmazı bıçaqlayaraq qaçıb. Hürkan Səməd Durmaz həyatını itirib.
T.Ş.-nin ailəsi o evə gedəndən sonra vəziyyəti polisə xəbər verib. T.S. və hadisə zamanı yanında olan Ş.K. saxlanılıb. Əməliyyatlardan sonra T.Ş həbs olunub. Ş.K. (13) i məhkəmə nəzarət ilə sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru