Xəyanət videosu yayılan türkiyəli fenomenin arvadından yeni görüntülər: Futbolçu sevgilisi ilə... - FOTO

15-12-2023, 10:39           
Xəyanət videosu yayılan türkiyəli fenomenin arvadından yeni görüntülər: Futbolçu sevgilisi ilə... - FOTO
Türkiyəli fenomen Bilal Hancının xəyanət videosunu ifşa edən arvadı Esin Çepni yeni sevgilisi ilə görüntülərini paylaşıb.

Esin Çepni boşandıqdan qısa müddət sonra “Çaykur Rizespor”un qapıçısı Zafer Görgenlə eşq yaşamağa başlayıb. Çepninin yeni sevgilisi ilə səmimi görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, 2021-ci ildə “Kafalar Group”un üzvü Bilal Hancı ilə ailə quran Esin Çepni iki illik həyat yoldaşının bir əyləncə məkanında ona xəyanət etdiyi ilə bağlı görüntüləri paylaşıb. O, xəyanət videolarını gözyaşları içində izləyərək fikirlərini bildirib. “Bilal Hancı ilə evliliyim bitdi. Artıq xahiş edirəm, bilmədiyim başqa yerlərdəki ifşa videolarını mənə göndərməyin. Hər kəs özünə yaraşanı yaşasın”, - deyə o qeyd edib.

Xəyanətdən sonra Esin Çepniyə gül göndərərək üzr istəyən Bilal Hancı evliliklərini xilas etmək üçün ikinci şans istəsə də, qadın bunu qəbul etməyib və nəticədə cütlük 19 oktyabr tarixində boşanıb.








Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.