Türkiyəli ilk astronavtın BKS-yə yola düşmə tarixi açıqlandı - VİDEO

15-12-2023, 10:58           
Türkiyəli ilk astronavtın BKS-yə yola düşmə tarixi açıqlandı - VİDEO
Türkiyənin ilk insanlı kosmik missiyasının reallaşacağı tarix açıqlanıb. Missiya 9 yanvar 2024-cü ildə baş tutacaq. İlk türk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya (BKS) ispan, italyan və isveçli astronavtlarla birlikdə yollanacaq.

​Bu barədə sənaye və texnologiya naziri Fatih Kacir məlumat verib.

O, bu missiyanın Türkiyənin elmi və texnoloji potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Kosmosda 13 elmi təcrübə həyata keçiriləcək. Alper Gezeravcı təlimini başa vurub və tezliklə uçuşdan əvvəl karantin rejiminə alınacaq”, - deyə nazir bildirib.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru