Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

16-12-2023, 11:14           
Qazaxıstanda fövqəladə vəziyyət elan edilib
Qazaxıstanın cənubundakı Cambil vilayətində hava şəraiti ilə əlaqədar regional fövqəladə vəziyyət elan edilib.

Vilayət qubernatorluğundan verilən açıqlamada, buna səbəbin soyuq hava, qar fırtınası və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti olduğu bildirilib.

Açıqlamada, güclü külək və qar yağması səbəbindən əyalətin 4 rayonunda elektrik enerjisinin kəsildiyi qeyd olunub.

Son 2 gündə qar səbəbindən rayonda köməksiz vəziyyətdə qalan 5 mindən çox insanın xilas edildiyi, dövlət sərhədindən keçən bütün şəhərlərarası avtomobil yollarının nəqliyyatın hərəkətinə bağlandığı açıqlanıb.

Cambil vilayətinin polis rəisi Armanbek Baymurzin bildirib ki, mindən çox avtomobil bölgədə magistral yollarda qalıb. \\Qafqazinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.