Türkiyədə daha bir zəlzələ oldu 17-12-2023, 00:02 Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.Bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. Facebook-da paylaş