Ana uşaq arabasını gözdən qaçırdı: İzmirdə yaşanan hadisə müzakirələrə səbəb oldu - VİDEO

17-12-2023, 11:24           
Ana uşaq arabasını gözdən qaçırdı:
İzmirdə ananın ehtiyatsızlığı onun körpəsinin xəsarət alması ilə nəticələnib.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Belə ki, qadın rəfiqəsi ilə söhbət etməyə başı qarışıb və bu zaman onun əli ilə saxladığı uşaq arabası nəzarətindən çıxıb və enişlə aşağıya doğru yuvarlanıb.

Bir neçə saniyə sonra araba səkiyə çırpılıb və uşaq arabasında olan körpə küçəyə düşüb.
Xoşbəxtlikdən körpə yalnız yüngül xəsarət alıb.

Video sosial şəbəkələrdə də geniş yayılıb və ananın diqqətsizliyi müzakirələrə səbəb olub.

İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru