İstanbulda “keçmiş sevgililər bazarı” təşkil edildi - FOTO

12-02-2024, 17:13           
İstanbulda “keçmiş sevgililər bazarı” təşkil edildi - FOTO
Türkiyədə İstanbulun Nişantaşı rayonunda 14 Fevral Sevgililər Gününə bir neçə gün qalmış “keçmiş sevgililər bazarı” təşkil edilib.

Keçmiş sevgililərinin əşyalarını satmaq istəyənlər məhsulların üzərinə maraqlı qeydlər qoyaraq piştaxtalarda satışa çıxarıblar.

Keçmiş sevgililərinin əşyalarını piştaxtada satdığını bildirən Yiğit Sahur, indiki sevgilisi ilə bunu sosial şəbəkələrdən birində gördüklərini qeyd edib.

“Onunla danışıb, digər keçmiş əlaqələrimizdən qalan əşyaları yığıb bura gəldik və satmağa başladıq. Sevgilimlə məhsulların üzərinə bəzi qeydlər yazmışıq, bəzi məhsullar isə dostlarımızın köhnə münasibətlərindən qalıb”, - deyə Sahur qeyd edib.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru