Ankara bələdiyyə sədrindən sensasion açıqlamalar - Gülən camaatının 14 avqust planları
13-08-2016, 13:13
Ankara bələdiyyəsinin sədri Melih Gükçek 15 iyul çevriliş cəhdinin uğursuzluğa düçar olduğu Gülən camaatının 14 avqust planlarını açıqlayıb.
Avropa.info xəbər verir ki, gülənçilərin 14 avqusta dair planlarının olduğunu xatırladan Gökçek bu tarixə dair iki ehtimalın ola biləcəyini söyləyib.
Çevriliş cəhdinin uğursuzluqla üzləşməsindən sonra “Twitter”-də bəzi gülənçilərin 14 avqust tarixini hədəf göstərməsini deyən Gökçek olması ehtimal olunan iki plandan birinin yenə şantaj kasetləri ola biləcəyini deyib.
Onun sözlərinə görə Gülən camaatı bu dəfə də yeni kasetləri və ya səs yazılarını yayımlayacaq ki, bu kasetlər tamamilə montajdan ibarət olacaq. səs qeydləri olduğunu, ikincisinin də bu tarixdə ABŞ dəstəyiylə Mərmərə böyük bir zəlzələ planlaşdırıldığını açıqladı.
Televiziya kanallarının birində qonaq olan Gökçek ikinci planın isə Mərmərə dənizində güclü bir zəlzələ həyata keçirilməsi olduğunu deyib.
Onun sözlərinə görə Gülən camaatı bu zəlzələni ABŞ-ın köməyi ilə həyata keçirəcək.
"Mən əslində bu variantın həyata keçməsinə inanmıram. Çünki dünyada süni zəlzələləri həyata keçirmək üçün olan texnologiyaların dəqiqliklə hansı ölkələrdə olduğuna dair bir məlumatımız yoxdur. Belə bir şey olarsa bunun arxasında ABŞ-ın olması çox güclü ehtimal olacaq. Əgər olmasa da bunun Gülən camaatının sayıqlamaları olduğu məlum olar."