​Əsl Süleyman Çakır (Əlaəddin Çakıcı ) azadlığa çıxır

17-08-2016, 19:16           
​Əsl Süleyman Çakır (Əlaəddin Çakıcı ) azadlığa çıxır
Türkiyədə mafiya liderlərindən hesab olan Əlaəddin Çakıcı həbsdən azad ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çakıcının vəkili Can Sevinc paylaşıb. Çakıcının Türkiyədə elan edilən amnistiya ilə azadlığa çıxacağı bildirilib.

Qeyd edək ki, bu gün Türkiyədə 38 min nəfər məhbusun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edilib.

Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, “Qurdlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru