Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb, sürücüsü öldürülüb - FOTO

18-08-2016, 10:11           

Türkiyədə baş vermiş silahlı insident zamanı azərbaycanlı iş adamı yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan azərbaycanlı iş adamı bir avtomobillə otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Nəticədə iş adamı Rövşən Əliyev və adı hələlik məlum olmayan sürücü yaralanıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.
Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya aparılıb.
Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.
Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb, sürücüsü öldürülüb - FOTO















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru