Türkiyəli kolleksionerin incisi: Dırnaqdan kiçik olan İncil görənləri heyrətə gətirir - FOTO/VİDEO

12-04-2024, 17:08           
Türkiyəli kolleksionerin incisi: Dırnaqdan kiçik olan İncil görənləri heyrətə gətirir - FOTO/VİDEO
Türkiyənin Bursa şəhərindən olan Ahmet Erdönmez regionda tarixi əsərlərdən ibarət kolleksiyası ilə tanınır. O, bunların muzeydə sərgilənəcəyi günü səbirsizliklə gözləyir.

Erdönməzin minlərlə əşyadan ibarət kolleksiyasında dırnaqdan da kiçik olan İncil xüsusilə diqqəti çəkir.

Onun sözlərinə görə, Kitab ona Almaniyaya səfəri zamanı tanışı tərəfindən hədiyyə edilib.

“Mən Avropada dəvət aldığım bütün muzey görüşlərinə qatılıram. Avropa Muzey Akademiyasının Türkiyə təmsilçisi olduğum üçün belə tədbirlər bizim üçün çox faydalıdır. Almaniyada bir görüşdə iştirak etdim, orada da sərgi açdım. Həmin tədbirdə tanış olduğum bir bəy mənə bu kiçik incini hədiyyə etdi. Heç bir tarixi dəyəri yoxdur, lakin çox kiçik olduğu üçün maraqlı bir parçadır”, - deyə Erdönməz bildirib.






Mənbə: İha.com.tr












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.