Gülənin vəkilinin hesabında 800 milyon

19-08-2016, 21:21           
Gülənin vəkilinin hesabında 800 milyon
Samsunda FETÖ əməliyyatında həbs edilən vəkilin bank hesabında 800 milyon lirə (436 milyon azn) olduğu aşkarlanıb.

Axar.az xəbər verir ki, vəkil Fevzi Cem Şənocağın FETÖ-nun 5 kassasından biri olduğu iddia edilib.

Gülənin zəmanət verdiyi vəkillərdən olan Şənocağın FETÖ-ya yaxın iş adamları və bir çox şirkətlərin hüquqi işlərini icra etdiyi məlum olub.

Qeyd edək ki, Samsun Respublika Prokurorluğunun əməliyyatda nəzarətə götürdüyü 16 əməkdaşdan 15-i vəkil olub. Onlardan 8-i həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru