Türk "yeraltı dünya"- sının əfsanəvi lideri xəstəxanaya düşdü

19-08-2016, 21:26           
Türk "yeraltı dünya"- sının əfsanəvi lideri xəstəxanaya düşdü
Türk mafiyasının əsas liderlərindən biri olan Əlaəddin Çakıcı həbsxana xəstəxanasına köçürülüb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çakıcı 30 hərbi polisin müşayiəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada onun mühafizəsi üçün 500 nəfər təyin edilib. Çakıcı xəstəxanaya gələrkən əhali onu alqışlamaq istəsə də, Çakıcı buna izn verməyib. O, “alqışlamaq olmaz” deyərək, xəstəxanaya daxil olub.

Qeyd edək ki, bir müddət öncə Çakıcının əfv olunacağı haqqında xəbərlər yayılsa da, sonradan bu təsdiqlənməyib.

Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, “Qurdlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru